22229e0d-695d-46e8-89cf-eab1f48503e7..jpg

Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib – VİDEO

Baxış sayı: 520 dəfə baxılıb.

Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat
müsadirə edilib – VİDEO

Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir
neçə obyektlərə baxış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında
külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan
mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.

Qeyd edək ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal
xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki
təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi
müəyyən edilmişdir.


Source link