Azərbaycan çempionu “Qarabağ” Avstriyada ilk yoxlama oyununu keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb.
“Qarabağ” bu heyətlə meydana çıxıb: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Qerye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 10. Dani Kintana, 11. Mahir Mədətov
Görüşdə hesabı rəqib 36-cı dəqiqədə açıb. Lakin 52-ci dəqiqədə “Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintana gözəl zərbə ilə hesabı bərabərləşdirib. Görüş elə bu hesabla da başa çatıb – 1:1.
Qeyd edək ki, “Qarabağ” bu il də ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Komandamızın I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın “Olimpiya” klubudur.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com