“Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.
Cixisyolu.com-ın məlumatına görə, bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.
Premyer Liqanın lideri “Qarabağ” sona səkkiz tur qalmış 11-ci çempionluğunu
rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq
kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq
Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.
Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu
pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün
güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını
davam etdirmək əzmindədirlər.
Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart (cümə)
16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu.
19:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu.
N Klublar O Q H M T-F X
1 “Qarabağ” 27 21 3 3 71-23 66
2 “Sabah” 27 11 7 9 39-32 40
3 “Neftçi” 27 11 7 9 34-29 40
4 “Zirə” 27 10 9 8 21-18 39
5 “Sumqayıt” 27 10 9 8 26-32 39
6 “Səbail” 27 10 7 10 39-41 37
7 “Turan Tovuz” 27 9 8 10 41-38 35
8 “Araz-Naxçıvan” 27 8 8 11 27-36 32
9 “Kəpəz” 27 7 6 14 29-47 27
10 “Qəbələ” 27 4 4 19 20-51 16
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 15, Aleksandr Ramalinqom (“Səbail”)
– 11.