43e59241-09ad-45a4-8bff-4af17199b58f..jpg

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

Baxış sayı: 799 dəfə baxılıb.

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/24 mövsümündə mübarizəyə
başlayacaq.

Cixisyolu.com xəbər verir ki, “atlılar” I təsnifat mərhələsinin ilk oyununda
Cəbəllüttariqdə “Linkoln”un qonağı olacaq. “Viktoriya” stadionunda oynanılacaq
görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya
Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv”
(Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

19:30. “Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs
Anufriyevs (hamısı Latviya)

“Viktoriya” stadionu.

Source link