“Qarabağ” bu gün futbol üzrə Çempionlar Liqasında mübarizəyə qoşulub.
ÇıxışYolu.Com-ın məlumatına görə, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verib.
Görüşün taleyini ağdamlıların şərəfini qoruyan Donald Gerryenin 79-cu dəqiqədə vurduğu yeganə qol həll edib. Beləliklə də, Azərbaycan çempionu səfərdən qələbə ilə qayıdır.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.
www.ÇıxışYolu.Com