efa76e73-7961-49d6-a6da-c0f5cc1d337c..jpg

“Qarabağ” dünya reytinqində daha 9 pillə irəliləyib

Baxış sayı: 962 dəfə baxılıb.

“Qarabağ” dünya reytinqində daha 9 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni
dünya reytinqini açıqlayıb.

Cixisyolu.com IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu
siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

143 xala malik “köhlən atlar” ötən ayla

müqayisədə 9 pillə irəliləyərək 69-cu sıradadır.

Ölkə çempionunun UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan
Belçikanın “Gent” klubu 117 xalla 109-cudur.

İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras”
(Braziliya – 284) və “Liverpul” (İngiltərə – 265) qərarlaşıb.

Source link