Qarabağ erməniləri Azərbaycana birləşdirilməni tələb edə bilər – ŞƏRH

Qarabağ erməniləri Azərbaycana birləşdirilməni tələb edə bilər – ŞƏRH

Baxış sayı: 2. 154 dəfə baxılıb.

Bu gün Qarabağda baş verənlər sadə camaatın “DQR”in cinayətkar rejiminə və özbaşınalığına qarşı etirazıdır. 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Qarabağdakı etiraz aksiyalarını şərh edərkən deyib. 

Bazar günü Xankəndində eyni vaxtda iki etiraz aksiyası keçirilib. Etirazçılar şəhərin küçələrini bağlayıblar. 

Deputatın sözlərinə görə, Ermənistanın cinayətkar rejiminin qurbanları nəinki Azərbaycan vətəndaşları, eyni zamanda işğal altındakı Qarabağda yaşayan sadə ermənilərdir. 

“Düşünürəm ki, əgər etiraz aksiyaları davam etsə, Qarabağ erməniləri separatçı rejimi devirə və hətta Azərbaycandan yardım istəyə bilər”, – parlamentari deyib. 

Mollazadə qeyd edib ki, Azərbaycan öz növbəsində Qarabağda təhlükəsizliyin təmin olunması gücündədir. 

“Bundan sonra Bakı Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayışı təmin edəcək. 

Qarabağda yaşayan insanlar müharibədən və cinayətkar rejimin təcavüzündən yorulub. Onlar başa düşür ki, əgər Azərbaycan Qarabağı güc yolu ilə qaytarsa, onları buradan çıxaracaqlar. Yox əgər onlar Azərbaycandan yardım istəsə, onların təhlükəsizliyi təmin olunacaq”, – deputat əlavə edib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com