b777d480-57fe-40c9-9ac6-e20b9b0b8776..jpg

Qarabağ ermənilərinə humanitar yardım üçün Ermənistana mesaj – VİDEO

Baxış sayı: 569 dəfə baxılıb.

Qarabağ ermənilərinə humanitar yardım üçün Ermənistana mesaj – VİDEO

Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını ödəmək
üçün Ağdam Xankəndi yolunu təklif edib. Lakin Qarabağdakı separatçılar
təxribatçı addımlarının qarşısı alınacaq deyə sözügedən yola qarşı çıxırlar.
Hətta beynəlxalq təşkilatları bu iftiralara alət edirlər. Halbuki logistika
baxımından bu yol Laçın marşrutundan daha əlverişlidir.

Üstəlik, nəzərə alsaq ki, Ağdamdan Xankəndiyə cəmi 26, İrəvandan Xankəndiyə
isə 330 kilometrdir, deməli, bu yolun üstünlüyünə şübhə yoxdur.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam Xankəndi
yolu vasitəsilə Qarabağın erməni sakinlərinə humanitar yüklərin çatdırılmasına
dəstək verməyə hazır olduğunu bildirib və cəmiyyət bu istiqamətdə bütün
potensialını səfərbər edib.

Ətraflı Baku TV-nin süjetində:


Source link