7c048c26-b995-4da5-b9fa-ecff74abac77..jpg

“Qarabağ” – “Gent” oyununun biletləri satışa çıxarılıb

Baxış sayı: 713 dəfə baxılıb.

“Qarabağ” – “Gent” oyununun biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu
“Gent”lə Bakıda keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.

Cixisyolu.com xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100
manat təşkil edir.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun
kassalarından, iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn
satış), “Qarabağ”ın “Park Bulvar”dakı “Fan Shop”undan, eləcə də “28 Mall” və
“Gənclik Mall” ticarət mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək “Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.

Source link