aa63bcf3-f7c5-4e8e-aef3-1e430826d39d..jpg

“Qarabağ”-“Gent” oyununun hakimləri açıqlanıb

Baxış sayı: 886 dəfə baxılıb.

“Qarabağ”-“Gent” oyununun hakimləri açıqlanıb

Bakıda “Qarabağ” və Belçikanın “Gent” komandaları arasında keçiriləcək UEFA
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

“Report”un məlumatına görə, matç İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Məhəmməd Al-Hakimə Fredrik Kliver və Robin Vilde laynsmanlar
qismində köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Boyan Pandziç yerinə yetirəcək. Polşalı Bartosz
Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno
Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat
alıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də
Gentdə olacaq.

Source link