İbrahim Şehiç və Anton Kanibolotski ilə yolları ayıran “Qarabağ” qapıçı axtarışlarını davam etdirir.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən “Verona”nın qapıçısı Nikolas Andradeyə təklif göndərib.
Braziliyalı qapıçı ilə ilkin danışıqlar baş tutub. İtaliya mətbuatının məlumatına görə, hazırda danışıqlar davam etdirirlir. Əgər tərəflər razılığa gəlsə, 30 yaşlı qapıçının transferi baş tutacaq.
Qeyd edək ki, Nikolas Andradenin “Verona” ilə 2020-ci ilə qədər müqaviləsi var. O, 2010-cu ildən bu komandada çıxış edir. “Qarabağ” daha öncə “Peskara”nın qolkiperi Vinçentso Fiorilloya təklif göndərsə də, müsbət cavab almamışdı.