b37cc7f9-421f-4786-bcbb-2f6856af0dd8..jpg

“Qarabağ” italiyalı hücumçu ilə maraqlanır

Baxış sayı: 1. 094 dəfə baxılıb.

“Qarabağ” italiyalı hücumçu ilə maraqlanır

“Qarabağ” İtaliyanın “Audako Çerinyola” komandasında çıxış edən futbolçu
Cankarlo Malkore ilə maraqlanır.

“Report”un məlumatına görə, bu barədə tanınmış jurnalist Nikola Skira öz
saytında yazıb.

O bildirib ki, 30 yaşlı forvard Azərbaycan çempionu ilə yanaşı, İtaliyanın
SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol) və Rumıniyanın ÇFR klublarının da
diqqət mərkəzindədir.

Qeyd edək ki, “Leççe”nin yetirməsi olan Cankarlo Malkore 2020-ci ildən
formasını geyindiyi “Audako Çerinyola” komandasında 55 oyuna 46 qol vurub. Klub
hazırda C Seriyasında mübarizə aparır.

Source link