1ae045f6-f602-49d1-9d53-d66c16c271ff..jpg

“Qarabağ” klubu “Johan Cruyff Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Baxış sayı: 413 dəfə baxılıb.

“Qarabağ” klubu “Johan Cruyff Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” dünyanın tanınmış idman institutlarından olan “Johan Cruyff
Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Klubun Mətbuat Xidmətinin məlumatına görə, sözləşməyə əsasən, Azərbaycan
çempionunun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR&Marketinq
departamentinin rəhbəri Yusif Cəfərov “Johan Cruyff Institute”da təhsil
alacaqlar.

Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev də həmin yerdə təhsilini davam
etdirir.

Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində
təcrübələrini, təhsillərini artırmaq imkanı əldə edəcəklər.

Source link