“Qarabağ” klubu Türkiyədə mükafatlandırıldı

“Qarabağ” klubu Türkiyədə mükafatlandırıldı

Baxış sayı: 4. 950 dəfə baxılıb.

Bu gün İstanbulun  “Volkswagen Arena”ında  64-cü “Gillette Milliyet” idman mükafatlandırma mərasimi keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, qala-gecədə idmanda əldə etdikləri nailiyyətlərə görə, ilin ən  yaxşılarının adları açıqlanıb

Mükafatlandırma mərasimində Azərbaycanı  “ən yaxşı komanda” nominasiyasında “Qarabağ” futbol klubu təmsil edib. Mükafat “Fənərbahça” klubunun basketbol komandasına layiq görülsə də, Ağdam təmsilçisi Türkiyədən əliboş qayıtmayacaq.

“Qarabağ” münsiflər heyətinin xüsusi mükafatını qazanıb.  Türkiyənin futbol üzrə milli yığmasının baş məşqçisi Mirça Luçesku  Ağdam klubunun prezidenti Tahir Gözələ simvolik mükafat təqdim edib.

Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb.

Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.

Tədbirdə eyni zamanda  həmyerlimiz, hazırda Türkiyənin şərəfini qoruyan atlet Ramiil Quliyev  ilin ən yaxşı idmançısı seçilib.  

www.ÇıxışYolu.Com