“Qarabağ” haitili futbolçu Donald Qerye ilə yolları ayırıb.
ÇıxışYolu.Com xəbər verir ki, Haiti millisi ilə “Qızıl Kubok” (Gold Cup) turnirində iştirak edən futbolçu klubla razılaşdırılmış vaxtdan sonra komandasının təlim-məşq toplanışına qayıtmayıb.
Bundan başqa, o, Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın “Partizani” ilə görüşündə iştirak etməyib. Bu səbəbdən də Ağdam klubu futbolçu ilə yolları ayırmaq qərarı verib.
Qeyd edək ki, tam adı Vild-Donald Qerye olan 30 yaşlı sol cinah futbolçusu 2017-ci ilin iyulun 6-da “Qarabağ”la iki illik müqavilə bağlamışdı. Bu ay müqaviləsi başa çatsa da, ötən ilin iyununda klub onunla daha bir illik müqaviləyə qol çəkmişdi.
Səbuhi Musayev