449cc9a7-4fad-4a49-a363-6e44b29aa2ba..jpg

“Qarabağ” “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi komandaları geridə qoydu – SİYAHI

Baxış sayı: 849 dəfə baxılıb.

“Qarabağ” “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi komandaları geridə
qoydu – SİYAHI

2022/2023 mövsümündə indiyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol
vurmuş komandaların adını açıqlayıb. İlk onluqda Azərbaycan təmsilçisi
“Qarabağ” da yer alıb. Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu qol
sayında “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi nəhəng komandaları
geridə qoyub.

Ən çox qol vuran komandalar arasında 54 qolla 5-ci pillədə qərarlaşan klubun
qol ortalaması 2,7-yə bərabərdir.

Siyahıya Şotlandiyanın “Seltik” klubu (74) başçılıq edir. Enc Postekoğlunun
klubu bu mövsüm Premyer Liqada 24 oyunda 74 qol vurub. Bu, hər matça orta
hesabla təxminən 3,08 qol deməkdir.

Tam siyahı isə belədir:

1. “Seltik” – 74 qol, qol ortalaması (3,08)

2. “Genk” – 57 qol (2,48)

3. “Reyncers” – 56 qol (2,33)

4. “Slaviya Praqa” – 56 qol (3,29)

5. “Qarabağ” – 54 qol (2,7)

6. “Mançester Siti” (İngiltərə) – 53 qol (2,65)

7. “Linfild” – 53 qol (2,03)

8. “Bavariya” – 52 qol (2,88)

9. PSJ – 52 qol (2,48)

10. “Ayaks” – 51 qol (2,68)

Mənbə: 67hail hail

Source link