b3fdf590-9521-4c9c-9424-f32c79b08e2f..jpg

“Qarabağ” milli çempionatlardakı qələbə sayına görə “Real”ı qabaqlayır – ARAŞDIRMA

Baxış sayı: 284 dəfə baxılıb.

“Qarabağ” milli çempionatlardakı qələbə sayına görə “Real”ı qabaqlayır –
ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” 2023/2024 mövsümündə Avropanın milli çempionatlarında ən çox qələbə
qazanan komandalar sırasındadır.

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi Premyer Liqada keçirdiyi 29
oyunun 23-də qalibiyyət sevinci yaşayıb.

Qurban Qurbanovun kollektivi bu göstəriciyə görə qitənin ən yaxşı 14-cü
komandasıdır. İspaniya nəhəngi “Real” da La Liqada eyni sayda qələbə qazanıb.
Lakin “Kral klubu” bunu 30 qarşılaşmada reallaşdırdığından, “Qarabağ”dan geri
qalır.

“Böyük beşlik” ölkələrindən yalnız İtaliya “İnter”i və Almaniya “Bayer 04”ü
Azərbaycan çempionunu qabaqlayır. Onların hesablarında müvafiq olaraq 25 və 24
qalibiyyət var.

Siyahıya Uels təmsilçisi TNS başçılıq edir. Adıçəkilən komanda ölkə
çempionatında 29 matçın 27-də rəqiblərindən güclü olub. Türkiyə klubu
“Qalatasaray”da da eyni sayda qalibiyyət var. Lakin İstanbul təmsilçisi bunu 31
matçda reallaşdırıb. İlk “üçlüy”ü Türkiyənin digər komandası “Fənərbağça”
qapayır. “Fənər” 26 dəfə hesabına üç xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” 29
matçın 23-də qələbə qazanıb, üç dəfə heç-heçə edib, üç dəfə məğlub olub.

Source link