360eea53-1396-48e4-bda0-9bc8be665241..jpg

“Qarabağ” – MOİK oyununun keçiriləcəyi Xankəndi stadionundan son görüntülər – YENİLƏNİR + FOTO/CANLI YAYIM

Baxış sayı: 440 dəfə baxılıb.

“Qarabağ” – MOİK oyununun keçiriləcəyi Xankəndi stadionundan son görüntülər –
YENİLƏNİR + FOTO/CANLI YAYIM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun
keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.

Baku TV-nin əməkdaşları stadiondakı son durumu canlı yayımla çatdırırlar:

10:34

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun
təyinatları açıqlanıb.

Cixisyolu.com-ın məlumatına görə, qarşılaşma hakimlər Əli Əliyev, Şirmamed Mamedov,
Taleh Məmmədov, Kamal Umudluya tapşırılıb. VAR-da Cavid Cəlilov, AVAR-da Kamran
Bayramov məsul olacaqlar.

Hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Emin Cəfərovdur.

10:19

Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” komandası ilə
MOİK klubunun görüşünü izləyəcək azarkeşlər Xankəndi şəhərinə çatıblar.

Cixisyolu.com xəbər verir ki, azarkeşləri daşıyan avtobus karvanı bu səhər saat 4-də
Bakıdan yola düşmüşdü. Xankəndiyə aparan yoldan görüntüləri təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

08:00

Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8
final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi
şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.

Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın
qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan
canlı izləyəcək.

Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad
edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş
ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la
“Turan” (“Turan Tovuz”) arasında olub.

Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə
qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.

“Qarabağ” – MOİK qarşılaşmasından başqa bu gün Azərbaycan Kubokunda 1/8 final
mərhələsi çərçivəsində “Neftçi” – “Qaradağ Lökbatan” matçı da keçiriləcək. Bu,
1/8 final mərhələsinin son oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da
başlayacaq. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a
rəqib olacaq.

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük
müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan”
isə “Qəbələ” ilə qarşılaşacaq.


Source link