64f1c215-ed6c-498b-9fc9-20c90e214cf2..jpg

“Qarabağ” – “Molde” oyunu səkkizinci oldu

Baxış sayı: 511 dəfə baxılıb.

“Qarabağ” – “Molde” oyunu səkkizinci oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunlarını stadionlardan
izləyən azarkeşlərin sayı bəlli olub.

UEFA-nın yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda
keçirilən “Qarabağ” – “Molde” (Norveç) qarşılaşmasını tribunalarda 26 min 500
tərəfdar izləyib. Bu görüş siyahının səkkizinci pilləsində yer alıb.

Ən çox azarkeş Yunanıstanda “Panatinaikos” və İspaniyanın “Vilyarreal”
komandaları arasında keçirilən matçda qeydə alınıb. Görüşü 57 min 3 nəfər
tribunadan izləyib.

Qeyd edək ki, “Qarabağ” “Molde”ni minimal hesabla məğlub edib – 1:0.

Source link