Topaz Premyer Liqasının 2017-18 mövsümü “Qəbələ” – “Qarabağ” oyunu ilə yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, formal xarakterli matç bu iki əzəli rəqibin Azərbaycan çempionatındakı 40-cı qarşılaşması olub.
Bakıda baş tutan matçda “Qarabağ”ın minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qolu Dani Kintana vurub.
Topaz Premyer Liqası
XXVIII (sonuncu) tur
21 may
“Qəbələ” – “Qarabağ” – 0:1
Qırmızı vərəqə: Cavid Hüseynov, 45+1 (“Qəbələ”)
Qol: Kintana, 22 (pen.)
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”