“Qarabağ” mövsümün ikinci yarısının hazırlığına start verir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının
hazırlığına start verir.
Bu barədə “Qarabağ” FK məlumat yayıb.
Bildirilib ki, XVIII turun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan
komanda bu gün Bakıda bir araya gələcək.
Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir
yoxlama görüşü nəzərdə tutulub. “Köhlən atlar” yanvarın 15-də “Zirə” ilə
qarşılaşacaqlar.
Qeyd edək ki, Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də
keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” doğma meydanda
“Araz-Naxçıvan”ı sınağa çəkəcək.