3313f1fe-a84a-49c4-bc40-e4ff0e971cb3..jpg

Qarabağ müharibəsi qazisinin eşitmə aparatı ilə təminatında problem var – VİDEO

Baxış sayı: 432 dəfə baxılıb.

Qarabağ müharibəsi qazisinin eşitmə aparatı ilə təminatında problem var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ müharibəsində aldığı travma nəticəsində qulaqlarında ciddi problem
yaranan üçüncü qrup əlilliyi olan şəxsin eşitmə aparatı ilə tam təminatı həyata
keçirilmir.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir sakini 59 yaşlı Nəcəfəli Sadıqov
eşitmə aparatı ilə təmin olunsa da, onun işlək vəziyyətə gətirilməsi üçün üç
aydan çoxdur gözləmək məcburiyyətində qalıb.

N.Sadıqov hər iki ildən bir dövlət tərəfindən eşitmə aparatı ilə təmin edilib.
2023-cü ilin dekabrında da Əlilliyi olan şəxslərin bərpa mərkəzinə müraciət
edərək yeni aparat alıb. Oradan Nəcəfəli Sadıqova bildirilib ki, aparatı işlək
vəziyyətə gətirmək üçün paytaxtdakı eşitmə və nitq mərkəzinə getməlidir.

Mərkəzdə deyilib ki, hazırda aparatı işlək vəziyyətə gətirmək mümkün deyil.
Özləri çağıranda yenidən Bakıya gələrək məsələni həll edə bilər. Bu ilin
əvvəlində isə Nəcəfəli Sadıqov mərkəzə dəvət edilib.

Üç ay keçməsinə baxmayaraq, hələ də qəlib hazır olmayıb. Nəcəfəli Sadıqov
aparat olmadan eşitməkdə çətinlik çəkdiyini deyir.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən
bildirilib ki, yaranan problem onlarla bağlı deyil. Qulaq üçün eşitmə aparatı
vətəndaşa verilib və onun quraşdırılmasını şirkət həyata keçirir. Bununla belə,
bu məsələdə həmin şəxsə köməklik göstəriləcək. Sözügədən eşitmə və nitq
mərkəzindən də məsələyə münasibət öyrəndik. Bildirildi ki, növbə çox olduğundan
vətəndaşın məsələsi bu qədər vaxt alıb. Yaxın zamanlarda Nəcəfəli Sadıqovun
problemi həllini tapacaq.

Ətraflı süjetdə:


Source link