3b1f9a5f-4b79-4473-b2fc-266751fec503..jpg

Qarabağ müharibəsinin iştirakçısına qarşı 16 min manatlıq dələduzluq edilib

Baxış sayı: 2. 421 dəfə baxılıb.

Qarabağ müharibəsinin iştirakçısına qarşı 16 min manatlıq dələduzluq edilib

Qurbanov Əhliman Sultan oğlunun vətəndaşa qarşı qanunsuz hərəkətlər etməsi
barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Aparılmış istintaqla Əhliman Qurbanovun 2018-ci ildə ona müraciət edən birinci
Qarabağ müharibəsi iştirakçısına özünün yüksək vəzifədə işləyən səlahiyyətli
tanışı vasitəsilə əlillik dərəcəsinin alınmasına köməklik göstərəcəyini
yalandan vəd edərək sonuncunun 16 min manat məbləğində pul vəsaitini ələ
keçirməsinə, həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə
təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Əhliman Qurbanova 24 dekabr 2021-ci il
tarixdə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq)
və 32.4,312.1-ci (rüşvət verməyə təhrikçilik) maddələri ilə yekun ittiham elan
edilməklə, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Source link