602a98ce-f390-4b27-b9f2-8fe257e496cc..jpg

“Qarabağ”, “Neftçi” və “Sabah” dünya reytinqində geriləyiblər

Baxış sayı: 387 dəfə baxılıb.

“Qarabağ”, “Neftçi” və “Sabah” dünya reytinqində geriləyiblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni
dünya reytinqini açıqlayıb.

Cixisyolu.com xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3
təmsilçisi düşüb.

Ötən ay 61-cü yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci
ola bilib.

“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” 318-ci sıradan
340-a, “bayquşlar” isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar
Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya
təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (244) komandası
üçüncü yerə yüksəlib.

Source link