Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, ikinci oyun günü çərçivəsində 3 qarşılaşma baş tutub.
Bu görüşdə “Qarabağ” “Sumqayıt”a səfərdə Dani Kintananın qolu ilə qalib gəlib. Bununla da “Qarabağ” sona dörd tur qalmış növbəti çempionluğunu təmin edib.
Qeyd edək ki, “Qarabağ” ardıcıl beşinci dəfə ölkə çempionu olub və Çempionlar Liqasında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu, ümumilikdə “Qarabağ”ın altıncı çempionluğudur.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com