“Qarabağ” püşkü gözləyir: səbətlər bəlli oldu

Baxış sayı: 2. 095 dəfə baxılıb.

"Qarabağ" püşkü gözləyir: səbətlər bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atılacaq.

ÇıxışYolu.Com-ın məlumatına görə, Monakoda keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatma zamanı 48 klub hərəsində 4 komanda olmaqla 12 qrupa bölünəcək.

Bunların arasında Azərbaycan çempionu “Qarabağ” da var. Təmsilçimiz avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək.

Püşkatmadan öncə komandalar hazırkı reytinqlərinə əsasən səbətlərə bölünüb.

Çempionumuz “Qarabağ” reytinqinə əsasən, 3-cü səbətdə yer alıb.

Qeyd edək ki, qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.

I səbət

“Sevilya” (İspaniya)

“Arsenal” (İngiltərə)

“Portu” (Portuqaliya)

“Roma” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Dinamo” (Kiyev, Ukrayna)

“Beşiktaş” (Türkiyə)

“Bazel” (İsveçrə)

“Sportinq” (Portuqaliya)

MOİK (Rusiya)

“Volfsburq” (Almaniya)

“Latsio” (İtaliya)

II səbət

PSV (Hollandiya)

“Krasnodar” (Rusiya)

“Seltik” (Şotlandiya)

“Kopenhagen” (Danimarka)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

“Borussiya” M (Almaniya)

“Astana” (Qazaxıstan)

“Yanq Boyz” (İsveçrə)

“Lüdoqorets” (Bolqarıstan)

APOEL (Kipr)

“Ayntraxt” (Almaniya)

III səbət

“Sent-Etyenn” (Fransa)

“Qarabağ” (Azərbaycan)

“Feyenoord” (Hollandiya)

“Xetafe” (İspaniya)

“Espanyol” (İspaniya)

“Molde” (Norveç)

“Partizan” (Serbiya)

“Standard” (Belçika)

“Vulverhempton” (İngiltərə)

“Renn” (Fransa)

“Rusenborq” (Norveç)

“Başakşəhər” (Türkiyə)

IV səbət

“Alkmaar” (Hollandiya)

“Aleksndriya” (Ukrayna), 

“Düdelanj” (Lüksemburq) 

LASK (Avstriya)

“Volfsberq” (Avstriya)

“Luqano” (İsveçrə)

“Ferensvaroş” (Macarıstan)

“Trabzonspor” (Türkiyə)

“Slovan” (Slovakiya)

ÇFR (Rumıniya)

“Vitoriya” (Portuqaliya)

“Reyncers” (Şotlandiya)