“Qarabağ” Qəbələdə qalib gəldi və “Neftçi”yə çatdı

Baxış sayı: 3. 225 dəfə baxılıb.

“Qarabağ” Qəbələdə qalib gəldi və “Neftçi”yə çatdı

Qəbələdə futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun daha bir oyunu keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, yerli “Qəbələ”nin Ağdamın “Qarabağ” klubu ilə görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı üçüncü dəqiqədə “Qarabağ”ın oyunçusu Donald Gerrye açıb. İyirmi dəqiqə sonra Rauf Əliyev tarazlığı bərpa edib.

Oyunun 82-ci dəqiqəsində isə Araz Abdullayev komandasının qələbə qolunu vurub.

Bu qələbədən sonra “Qarabağ” xallarını 51-ə çatdırıb və turnir cədvəlində “Neftçi” ilə liderliyi bölüşmək hüququnu qazanıb.