Sərbəst güləş üzrə milli komandamız yarışla əlaqədar Qazax rayonunda təlim-məşq toplantılarını davam etdirir.
ÇıxışYolu.Com xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşqlərdə Azərbaycanın aparıcı idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir.
Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən təlim-məşq toplantısı zamanı Qarabağ qaziləri və veteranları güləşçilərlə görüşüb.
Vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığı görüşdə vətəni sevmək və qorumaqla bağlı söhbətlər edilib.