337bfc18-6739-4ad3-a3a7-9291c72e55b1..jpg

“Qarabağ” rəqibindən nə ilə geri qaldı? – STATİSTİKA

Baxış sayı: 942 dəfə baxılıb.

“Qarabağ” rəqibindən nə ilə geri qaldı? – STATİSTİKA

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə
Belçikanın “Gent” klubuna uduzaraq (0:1, penaltilər – 3:5), mübarizəni
dayandırıb.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan təmsilçisi əksər statistik göstəricilərdə də
rəqibindən geri qalıb.

Topa yiyələnmədə belçikalılar 53:47 üstün olub. Rəqibin 55 hücumuna “Qarabağ”
50-si ilə cavab verib. Qapıya zərbələrdə də meydan sahibləri təmsilçimizi
üstələyib – 11:8.

“Qarabağ” futbolçularının 420 ötürməsindən 303-ü dəqiq olubsa (72 faiz),
“Gent”in üzvləri 554 cəhdin 407-də topu ünvana çatdırmağı bacarıb (73 faiz).

Hər iki tərəf 7 künc zərbəsi yerinə yetirib. Sarı vərəqələrin də sayı bərabər
olub – 3:3.

Source link