970391fc-17a6-4d7a-90eb-1780f29e6c75..jpg

“Qarabağ” rəsmisi Andrey Lunyovla bağlı məlumata münasibət bildirib

Baxış sayı: 540 dəfə baxılıb.

“Qarabağ” rəsmisi Andrey Lunyovla bağlı məlumata münasibət bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandanın qapıçısı Andrey
Lunyovun yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı yayılan
məlumata münasibət bildirib.

Klub rəsmisi “Report”a açıqlamasında rusiyalı qapıçının meneceri Anton
Smirnovun ölkəsinin mətbuatına səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, qeyd olunan məbləği və menecerin danışıqların məhz klub tərəfindən mətbuata
sızdırıldığı barədə iddiasını təkzib edib:

“Deyilən rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Məlumatların haradan
çıxdığı, kim tərəfindən uydurulduğu bizə məlum deyil. Biz də belə bir məsələ
olduğunu mətbuatdan oxumuşuq”.

Qeyd edək ki, Anton Smirnov “RB Sport”a müsahibəsində Andrey Lunyovun
“Qarabağ”da qazandığından daha yüksək məvacibə layiq olduğunu, digər
variantları nəzərdən keçirəcəklərini bildirib. 32 yaşlı qolkiperin ağdamlılarla
müqavilə müddəti mövsümün sonuna qədərdir.

Source link