Qeyri-qanuni rejimi olan Dağlıq Qarabağın “eks-müdafiə naziri” Samvel Babayan 15 iyun bir qrup millət vəkilinin təminatı altında azadlığa buraxılıb. Bu qərar Ermənistan Kassasiya Məhkəməsi tərəfindən qəbul edilib.
ÇıxışYolu.Com-ın Erməni KİV-nə istinadən verdiyi məlumata görə, onunla yanaşı “İqla”nın qanunsuz idxalı ilə bağlı günahlandırılan Armen Pogosyan və Sanasar Qabrielyan da azad ediliblər.
Babayan Azərbaycana qarşı erməni işğalçı qüvvələrinin bütün əməliyyatlarında iştirak edib.