a1d6db7c-ce04-4ada-9c0f-7d887d779d8f..jpg

“Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 445 dəfə baxılıb.

“Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub – YENİLƏNİB
+ FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Cixisyolu.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV
turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini
bir qol həll edib.

“Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü
dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi
penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb
– 1:0.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti
mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə
qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da
Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.

23:37

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA
Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda hesab açılıb.

Cixisyolu.com xəbər verir ki, 90+4-cü dəqiqədə qonaqlar fərqləniblər.

Leverkuzen təmsilçisinin heyətində Viktor Bonifeys penaltini dəqiq yerinə
yetirərək, adını tabloya yazdırıb.
22:56
“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA
Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda fasilə başa çatıb.

Cixisyolu.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan
görüşdə ikinci hissə başlayıb.

Hazırda hesab 0:0-dır.

22:36

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA
Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda birinci hissə başa çatıb.

Cixisyolu.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan
görüşdə komandalar fasiləyə yollanıblar.

İlk hissədə qapılara qol vurulmayıb – 0:0.

21:46

“Qarabağ”la Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa
Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

Cixisyolu.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil
olunan qarşılaşmaya saat 21:45-də start verilib.

Görüşü ingiltərəli Kreyq Pousonun rəhbərlik etdiyi hakimlər briqadası idarə
edir.

20:43

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda üz-üzə gələcək
“Qarabağ” və “Bayer 04”ün start heyətləri bəlli olub.

Cixisyolu.com-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə
çıxacaqlar:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44.
Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7.
Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio.

“Bayer 04”: 17. Matey Kovarj, 4. Conatan Tah (k), 3. Pyero İnkape, 2. Yosip
Stanisiç, 34. Qranit Caka, 8. Robert Endrix (k), 19. Natan Tella, 20. Alexandro
Qrimaldo, 10. Florian Virts, 21. Amine Adli, 22. Viktor Bonifeys.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək
görüş saat 21:45-də başlayacaq.


Source link