674374a6-23af-45e7-8268-c7c928fdc4df..jpg

Qarabağ torpaqlarında ekoloji araşdırmalara SOCAR-ın gənc ekoloqları da qoşuldu – FOTO

Baxış sayı: 1. 597 dəfə baxılıb.

Qarabağ torpaqlarında ekoloji araşdırmalara SOCAR-ın gənc ekoloqları da
qoşuldu – FOTO

İşğaldan azad edilmiş Qarabağ torpaqlarında ekoloji araşdırmalara SOCAR-ın
gənc ekoloqları da qoşulub.

SOCAR-dan verilən məlumata görə, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad
olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsinə qoşulan
gənc ekoloqlarımız Qarabağa (Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd,
Zəngilan və Ağdam rayonlarına) səfər ediblər.

Səfər zamanı bu ərazilərin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işləri
aparılıb, su və torpaq nümunələri götürülüb.

Ekoloji araşdırma nəticələri 1989-1993-cü illərin məlumatları ilə müqayisə
olunacaq.

Qiymətləndirmə nəticələri isə “Twitter” üzərindən kampaniya ilə dünya
ictimaiyyətinə “Qarabağı qoru” həştəqi ilə çatdırılacaq.

Source link