“Qarabağ” ukraynalı müdafiəçiyə elçi düşdü

Baxış sayı: 4. 159 dəfə baxılıb.

“Qarabağ” ukraynalı müdafiəçiyə elçi düşdü

Ağdamın “Qarabağ” klubu ukraynalı müdafiəçi Yevgeni Xaçeridiyə təklif göndərib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Gazzetta.gr portalı məlumat yayıb. 

Ukrayna millisinin 31 yaşlı üzvünün Yunanıstanın PAOK klubu ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.

Onun transfer qiyməti 2,5 milyon avro dəyərindədir.

Xatırladaq ki, Xaçeridi PAOK klubuna bu ilin yayında Kiyevin “Dinamo” komandasından keçib.

www.ÇıxışYolu.Com