Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin bu dəfəki sayında təhsil diplomatiyasından bəhs olunub.
Qeyd olunub ki, təhsil beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı
anlaşmanı artırmaq və mədəni mübadiləni təşviq etmək üçün güclü vasitədir.
Təhsil yolu ilə müxtəlif xalqlarla əlaqələr qurmaq, bununla da qlobal
diplomatik mənzərəni dəyişmək mümkündür. Diplomatiyanın bu forması xarici
siyasətdə məqsədlərə nail olmaq üçün təhsil proqramlarından strateji istifadəni
nəzərdə tutur.
Vurğulanıb ki, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti, Bakı Ali
Neft Məktəbi və Bakı Dövlət Universiteti kimi əsas ali təhsil ocaqları geniş
beynəlxalq tərəfdaşlıq əlaqələri qurublar. Bu əlaqələr azərbaycanlı tələbələrə
və akademiklərə mübadilə proqramlarında, birgə tədqiqat layihələrində iştirak
etməyə, dünyanın tanınmış institutlarının diplomunu əldə etməyə və bununla da
ikili diplomlara sahib olmağa imkan verir.
Əlavə edilib ki, Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad
etməsindən sonra Xankəndidə Qarabağ Universitetinin yaradılması, rəsmi Bakının
təhsildən sülh və inkişaf vasitəsi kimi istifadə etmək planlarından xəbər verir.
Bu yeni universitet pedaqoji, incəsənət, humanitar və sosial elmlər,
iqtisadiyyat, mühəndislik və turizm fakültələrinə malik olmaqla regional ali
təhsil mərkəzinə çevrilməyi hədəfləyir. Onun, regionun digər ölkələrindən
tələbələri cəlb etmək üçün beynəlxalq tərəfdaşlıqları gücləndirməsi və
təqaüdlər təklif etməsi gözlənilir.
Daha ətraflı videoda:
açan təhsil ocağı
Qarabağ Universiteti – Regionda sülh və tərəqqiyə yol açan təhsil ocağı