3a6322fd-7b6e-4adf-8b3d-26d6e60f08e8..jpg

Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq?

Baxış sayı: 553 dəfə baxılıb.

Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr
səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq.

“Report” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris
İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar
olacaq:

“Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması
nəzərdə tutulur”.

O əlavə edib ki, Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq.

İdris İsayev sözlərinə görə, universitetdə tələbələr üçün yataqxananın olması
nəzərdə tutulur:

“Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır.
Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət
vəsaiti hesabına təhsil alacaqlar”.

Source link