a95e397f-c071-480e-8655-edb3fa2ef59d..jpg

“Qarabağ” və “Neftçi” dünya reytinqində irəliləyib

Baxış sayı: 508 dəfə baxılıb.

“Qarabağ” və “Neftçi” dünya reytinqində irəliləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni
dünya reytinqini açıqlayıb.

Belə ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb.

Ötən ay 73-cü pillədə qərarlaşan “Qarabağ” (146,5 xal) 70-ci sıraya yüksəlib.
“Neftçi” (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar
Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya
təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (281 xal)
kollektivi üçüncüdür.

Mənbə: IFFHS

Source link