Futbol üzrə Haiti millisi CONCACAF Millətlər Liqasının təsnifat mərhələsində Sint Maarten millisini 13:0 məğlub edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu qələbədə “Qarabağ” və “Neftçi”nin futbolçuları da iştirak edib.
Söhbət Vild-Donald Qerye və Soni Mustivardan gedir.
90 dəqiqə meydanda olan Qerye iki məhsuldar ötürmə ilə yadda qalıb. Mustivar isə iki ildən sonra dəvət aldığı yığmada onuncu oyununda fərqlənib. 90 dəqiqə meydanda olan yarımmüdafiəçis 86-cı dəqiqədə komandasının 12-ci qolunu vurub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com