e70b6c21-7e42-4d27-a742-a32c63c1ab5b..jpg

Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib

Baxış sayı: 665 dəfə baxılıb.

Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə
çirkləndirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə
çirkləndirilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil
Əzizov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam
şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni
mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalarla
çirkəndirilib:

“Antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı
tələ mina aşkarlanıb. Azərbaycan işğaldan azad edilən ərazilərində demək olar,
hər addımda mina təhlükəsi mövcuddur. Çay kənarları, qəbiristanlıqlar, müxtəlif
təyinatlı binalar, xarabalıqlar – hər yer minalarla çirkləndirilib. Minaların
təmizlənməsi üçün müxtəlif üsullardan istifadə edilir. Siçanlar, itlər
vasitəsilə və mexaniki minatəmizləmə qurğularının köməyi ilə torpaqlarımız
minalardan təmizlənir. Əllə təmizləmə prosesində isə kişilərlə yanaşı qadın
minatəmizləyənlər də iştirak edirlər”.

Source link