64dbcd69-a5ef-47e7-b360-3225bf06ad3c..jpg

Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı AÇIQLAMA

Baxış sayı: 472 dəfə baxılıb.

Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının
əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə
zonaları çıxarılıb”.

Bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.

Bildirilib ki, “Yuxarı Sus” (Laçın rayonu), “Balasoltanlı” (Qubadlı rayonu)
radio-televiziya yayımı stansiyalarında (RTYS) açıq (ödənişsiz) rəqəmsal
yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb
və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.

Bundan başqa, adı çəkilən RTYS-lərdə “Azərbaycan Radiosu”nun və “İctimai
Radio”nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş
radiotezliklər də müəyyən olunub.

Source link