58fa8481-1874-44a1-8264-d117b5260635..jpg

Qarabağ və Şərqi Zəngəzurda yeni hidroloji metod tətbiq olunub

Baxış sayı: 604 dəfə baxılıb.

Qarabağ və Şərqi Zəngəzurda yeni hidroloji metod tətbiq olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su balansının və çayların su
ehtiyatlarının qiymətləndirilməsində yeni hidroloji metoddan – Kompleks Su
Balansı Metodundan (KSBM) istifadə edilib”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya
İnstitutunun Hidrologiya və Su Ehtiyatları Şöbəsinin müdiri Rza Mahmudov Bakı
Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.

Onun sözlərinə görə, KSBM operativ-interaktiv və yüksək dəqiqliyə malik
metoddur. Onun vasitəsilə tədqiqat prosesi, axının qiymətləndirilməsi əraziyə
fiziki təmassız, zaman-məkan məhdudiyyətlərindən asılı olmadan həyata keçirilə
bilər.

“2022-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda KSBM metodu ilə hesablanmış su
ehtiyatlarının həcmi 1,81 milyard kubmetr təşkil edib. Bunun da 0,36 milyard
kubmetri Qarabağ, 1,45 milyard kubmetri isə Şərqi Zəngəzur iqtisadi rayonunun
payına düşüb. O cümlədən, Qarabağın su balansında atmosfer yağıntılarının
11,6%-i yerüstü axına, 12,7%-i çayların yeraltı qidalanmasına, 75,7%-i isə
buxarlanmaya gedib”, – deyə R.Mahmudov əlavə edib.

Bundan başqa, o deyib ki, 2022-ci ildə Qarabağda su ehtiyatlarının həcmi
1998-ci illə müqayisədə 15,1% azalıb:

“2050-ci ilə qədər bölgədə iqlim-landşaft dəyişmələri əsasında çoxsaylı
ssenarilər üzrə proqnozlaşdırılan su ehtiyatlarının həcminin 2022-ci illə
müqayisədə 17,4 – 43,2% azalacağı gözlənilir”.

Source link