“Qarabağ” – “Vorskla” matçı üçün ictimai dayanacaq təşkil olunacaq

Baxış sayı: 3. 211 dəfə baxılıb.

“Qarabağ” – “Vorskla” matçı üçün ictimai dayanacaq təşkil olunacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ” oktyabrın 25-də Bakı Olimpiya Stadionunda “Vorskla”nı qəbul edəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, azarkeşlərin bu matça rahat gəliş-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq. 

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl – saat 17:55-dən etibarən istifadə edə biləcək.

Qeyd edək ki, “Qarabağ”ın “Vorskla”yla matçına bilet satışı davam edir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com