Qarabağ Xronikası: Ermənilərin sülh hiyləsi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-nin “Qarabağ xronikası” verilişinin 127-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “İrəvan və Bakı qoşunların
dövlətlərarası sərhəddən çıxarılması imkanlarını qarşılıqlı əsasda müzakirə
edir” bəyanatı ilə çıxışına münasibət bildirib.
O qeyd edib ki, bu bəyanat bir çox məqamların üstünü açır:
“İlk növbədə, Ermənistanın münasibətlərin normallaşması prosesini daha da
mürəkkəbləşdirmək və bu işə kənar qüvvələri cəlb etmək niyyətində olduğundan
xəbər verir”. F.İsazadə vurğulayıb ki, istər 20-ci əsrin əvvəllərində, istərsə
də sonunda erməni yaraqlıları Azərbaycanın sülhlə bağlı addımlarından
mahircəsinə öz xeyrinə istifadə ediblər:
“Onlar Azərbaycan torpaqlarını işğal edib, mülki əhaliyə qarşı isə cinayətlər
və etnik təmizləmələr həyata keçiriblər. Gəlinən nəticə odur ki, Ermənistanın
hərbi-siyasi rəhbərliyi Azərbaycanı yenə də oxşar tələyə salmaq istəyir. Lakin
bu dəfə alınmayacaq. Biz tariximizi unutmamışıq, sərhədlərimizin hansı ərazidən
keçdiyini və keçəcəyini yaxşı bilirik. Sərhədlərimizin kim tərəfindən
qorunacağını da özümüz müəyyən edirik”.
Ətraflı süjetdə: