afaf4abd-f044-4b34-9726-3db5dd6059be..jpg

Qarabağ Xronikası: Ermənistanın Qarabağda yeni müharibəyə hazırlığı – VİDEO

Baxış sayı: 486 dəfə baxılıb.

Qarabağ Xronikası: Ermənistanın Qarabağda yeni müharibəyə hazırlığı – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 122-ci
buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda
Qarabağda gedən son proseslərdən bəhs edib.

O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində Qarabağdakı qeyri-qanuni
erməni silahlılarına məxsus hərbi obyektlərin sayında yenə artım aşkarlanıb:

“Əvvəlki buraxılışlarımızın birində avqust ayında erməni separatçılarına
məxsus hərbi obyektlərin sayının 671-ə çatdığını qeyd etmişdik. Baş verən
təxribatların fonunda biz bir daha araşdırma apardıq. Beləliklə, qeyri-qanuni
silahlı dəstələrin hərbi obyektlərinin sayında yenə də artım var. Onların sayı
737-yə çatdırılıb”.

Qeyd edilib ki, 737 sayı yalnız gözlə görülə bilən hərbi obyektlərə aiddir.

“Gücləndirmə işləri əsasən Ağdərə və Xocavənd istiqamətlərində həyata
keçirilib. Belə ki, Ağdərə istiqamətində Göyarx-Seysulan xətti üzərindəki üç
müdafiə zolağında gücləndirmə işləri aparılıb. Bundan əlavə, iki yeni müdafiə
zolağı Lüləsaz-Ağdərə şəhəri xətti üzərində, daha bir zolaq bilavasitə şəhərin
girəcəyində və bu istiqamətdə sonuncu zolaq Meqrelalay-Aşağı Oratağ xətti
üzərində salınıb. Beləliklə, təkcə Ağdərə istiqamətində yeddi zolağın olduğunu
təsdiqləyə bilərik”, – deyə F.İsazadə bildirib.

Ətraflı süjetdə:


Source link