e1f406d2-7d9c-4474-8297-be6c1c92ab38..jpg

“Qarabağ” yoxlama oyununda “Zirə”ni məğlub edib

Baxış sayı: 473 dəfə baxılıb.

“Qarabağ” yoxlama oyununda “Zirə”ni məğlub edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Cixisyolu.com-ın məlumatına görə, qarşılaşma “Azərsun Arena”da gerçəkləşib.

Dörd hissədən (45+25+45+25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi
ilə bitib – 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurub.
Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 111-ci dəqiqədə
Redon Cica komandasının üçüncü qoluna imza atıb. 120-ci dəqiqədə Nəriman
Axundzadə fərqlənib.

Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib – 2:1.
“Qarabağ” isə klubun əvəzedici komandasını 7:2 hesabı ilə üstələyib.

Source link