0237142b-fa34-4cfd-b3bf-6bba1f688d7c..jpg

“Qarabağ” Zubirlə bağlı qərarını verdi

Baxış sayı: 452 dəfə baxılıb.

“Qarabağ” Zubirlə bağlı qərarını verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubu təcrübəli vingeri Abdullah Zubirin mövsümün sonunda başa
çatacaq müqaviləsini uzatmağa qərar verib.

Pressing.az-ın əldə etdiyi məlumata əsasən, mərakeşəsilli fransalı futbolçuya
bu barədə məlumat verilib. Başqa klublardan təklifləri olan 32 yaşlı vingerin
ilk seçimi Ağdam təmsilçisində qalmaq olacaq. Bu səbəbdən tərəflər arasında
danışıqlar uğurlu alınacaq.

“Qarabağ” Zubirə ikiillik sözləşmə təklif edib və yaxın həftələrdə anlaşmanın
rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, fransalı 2018-ci ildən “köhlən atlar”ın uğurları üçün çalışır.

Source link