bcb1914f-8dc5-4e30-bf28-71de213d0c93..jpg

Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır

Baxış sayı: 429 dəfə baxılıb.

Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi
müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 28-də saat
11:00-da satışa çıxarılacaq.

Nazirlikdən verilən məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri
üzrə biletləriwww.yolumuzqarabaga.az portalı
vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti
təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet
yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna
bilər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə
səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırıldığından artıq 18 yaşına
çatmayan şəxslər üçün də bilet almaq mümkündür.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın
24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 647 reys həyata keçirilib, 26
530 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Source link