7eff2daf-3c21-46af-86c1-02b19258478e..jpg

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Baxış sayı: 437 dəfə baxılıb.

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi
müntəzəm avtobus reyslərinə 2024-cü ilin yanvar ayı üçün biletlər 28 dekabr
saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə nazirlik xəbər yayıb.

Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş
icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək
şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya
sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları
sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən
vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün
deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış
biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə
onlayn qaydada ala bilərlər.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın
24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 664 reys həyata keçirilib, 27
229 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Source link