Qarabağa qanunsuz səfər edən jurnalist intihar etdi

Qarabağa qanunsuz səfər edən jurnalist intihar etdi

Baxış sayı: 2. 164 dəfə baxılıb.

CNN telekanalının jurnalisti və tanınmış aşbaz Entoni Burden intihar edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Euronews” məlumat yayıb. 

Məlumatlara görə, 62 yaşlı jurnalist cəsədi Parisdə kirayələdiyi mənzildə aşkar edilib. 

Telekanal intihar faktını təsdiqləyib: “Çox böyük kədərlə biz həmkarımız və dostumuz Entoni Burdenin ölümünü təsdiq edirik”. 

Qeyd edək ki ötən il oktyabrın 26-da Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün A. Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.

www.ÇıxışYolu.Com