Xorvatiya yığmasında gözlənilməz ayrılıq baş verib.
ÇıxışYolu.Com-ın “Goal”a istinadən məlumatına görə, hücumçu Nikola Kaniliç millidən qovulub.
Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub.
Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mancukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mancukiçi Marko Pyatsa əvəz edib.
Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.
Bunu baş məşqçi Zlatko Daliç də təsdiqləyib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, Nikola Kaliniç İngiltərədə Braziliya ilə keçirdikləri yoxlama matçında da eyni hərəkətə yol verib.
Qeyd edək ki, bu futbolçu Ukraynanın Dnepr klubunda oynayanda 2014-cü ildə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a Bakıda qol vurub.